"Sabah" ÇL oyunlarının biletlərini azı 35 manatdan satışa çıxardı
"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakı Olimpiya Stadionunda keçirəcəyi dörd ev oyunu üçün vahid biletlər satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azarkeşlər bir bilet almaqla “Slaviya” (Praqa), “Borussiya” (Dortmund), “Barselona” və “Napoli” ilə görüşləri stadiondan izləmək imkanı qazanacaqlar.
Biletləri “iTicket.az” saytından onlayn şəkildə əldə etmək mümkündür.
4 matça ümumi biletlərin qiyməti 35-285 manat aralığında dəyişir.
2-ci tur, 13 oktyabr
20:45. "Sabah" - "Slaviya" (Çexiya)
3-cü tur, 20 oktyabr
20:45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)
5-ci tur, 25 noyabr
21:45. "Sabah" - "Barselona" (İspaniya)
7-ci tur, 20 yanvar
21:45. "Sabah" - "Napoli" (İtaliya)

