“Neftçi” – “Sabah” oyununun biletləri 2 manatdan satılır

 “Neftçi” – “Sabah” oyununun biletləri 2 manatdan satılır

Oktyabrın 9-da Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, ilkin mərhələdə biletlər “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları  üçün satılır.

Qiymətlər aşağıdakı kimidir:

- Qərb 2 – 2 AZN;

- Banişevski alt – 3 AZN;

- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.

Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Qiymətlər belədir:

- Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;

- Şimal 1, Şimal 2, Banişevski üst – 3 AZN;

- VIP Gold – 20 AZN .

Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, “Palms Sports Arena”da baş tutacaq qarşılaşma saat 19:30-da strat götürəcək.