Cəfərov Konfrans Liqası matçında UEFA nümayəndəsi olacaq

 Cəfərov Konfrans Liqası matçında UEFA nümayəndəsi olacaq

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Şelbörn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.