Mahir subaylığın "daşını atdı"

Mahir subaylığın "daşını atdı"

Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürov evlənib.

“Mediasport” xəbər verir ki, veteran müdafiəçinin toyu Sumqayıtda yerləşən şadlıq sarayında baş tutub.

Qeyd edək ki, 42 yaşlı Şükürov futbolçu karyerasını 2017-ci ildə başa vurub.

O, zəngin karyerası dönəmində ölkəmizdə "Gənclərbirliyi" (Sumqayıt), "Şəfa", "Karvan", "İnter", "Neftçi", "Xəzər Lənkəran", "Olimpik", "Qəbələ" klublarında çıxış edib.

2004-2014-cü illərdə Azərbaycan yığmasında 76 oyuna 4 qol vurmuş Mahir Türkiyədə "Antalyaspor" və "Karşıyaka", Rusiyada "Anji" komandasında forma geyinib.