"Sabah"ın hazırlıq planı açıqlandı

2025-26 mövsümünə hazırlaşan "Sabah" Basketbol Klubunun hazırlıq planı açıqlanıb.
"Mediasport" xəbər verir ki, komanda avqustun 24-də Litvaya yollanacaq.
Təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçiriləcək.
Bristonas, Palanqa və Vilnüs şəhərlərində baş tutacaq.