Avropa Liqasında son 12 pley-offçu bu axşam məlum olacaq

Avropa Liqasında son 12 pley-offçu bu axşam məlum olacaq

Bu axşam UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində 12 görüş keçiriləcək.

Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin heyətində oynadığı "Eqnatiya" Albaniyada "Şemrok"i sınağa çəkəcək.

U-21 yığmamızın üzvü Murad Məmmədovun formasını geyindiyi "Pafos" Kiprdə "Zalsburq"u qəbul edəcək.


UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. Cavab oyunları


21:00 "Omoniya" (Kipr) – "Linkoln" (Cəbəllütariq) (İlk oyun - 1:1)

21:00 "Universitatya" Krayova (Rumıniya) – "KuPS" (Finlandiya) (İlk oyun - 1:1)

21:00 "Pafos" (Kipr) – "Zalsburq" (Avstriya) (İlk oyun - 0:1)

21:00 "Beşiktaş" (Türkiyə) – "Hradeç" (Çexiya) (İlk oyun - 1:0)

21:00 "Qurnik" (Polşa) – "Ferensvaroş" (Macarıstan) (İlk oyun - 0:1)

21:30 "Klaksvik" (Farer adaları) – "Lex" (Polşa) (İlk oyun - 0:1)

21:30 "Vikinqur" (İslandiya) – "Tun" (İsveçrə) (İlk oyun - 0:3)

22:00 MOİK Sofiya (Bolqarıstan) – "Makkabi" Təl-Əviv (İsrail) (İlk oyun - 3:0)

22:30 "Anderlext" (Belçika) – PAOK (Yunanıstan) (İlk oyun - 1:0)

22:30 "Reyncers" (Şotlandiya) – "Yagelloniya" (Polşa) (İlk oyun - 1:2)

22:45 "Harts" (Şotlandiya) – "Benfika" (Portuqaliya) (İlk oyun - 1:6)

23:00 "Eqnatiya" (Albaniya) – "Şemrok" (İrlandiya) (İlk oyun - 1:3)