Azərbaycanın məşhur güləşçiləri ilə görüşmək istəyənlərin nəzərinə!
Bakıda keçiriləcək U-17 dünya çempionatı çərçivəsində Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları azarkeşlərlə görüşəcək.
Azərbaycan Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, "İmza mərasimi" zamanı güləş həvəskarları tanınmış idmançılarla görüşmək, onlardan imza almaq və xatirə şəkli çəkdirmək imkanı əldə edəcəklər.
İmza mərasimləri Milli Gimnastika Arenasında keçiriləcək.
Görüşlərin proqramı aşağıdakı kimidir:
27 iyul – Fərid Mansurov (15:30–16:00)
28 iyul – Taleh Məmmədov (14:45–15:15)
29 iyul – Rəsul Çunayev (13:45–14:15)
30 iyul – Rafiq Hüseynov (14:45–15:15)
31 iyul – Toğrul Əsgərov (14:45–15:15)
1 avqust – Namiq Abdullayev (14:45–15:15)


