Xorvatiyada 7 güləşçimiz yarışacaq - Avropa çempionatı

 Xorvatiyada 7 güləşçimiz yarışacaq - Avropa çempionatı

Sabah Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçiriləcək

"Mediasport" xəbər verir ki, qitə birinciliyində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 7 güləşçi mübarizə aparacaq:

Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıquliyev, Ruslan Vəliyev (hər ikisi 80 kq), Möhlət Qasımov Tural Eynullayev (hər ikisi 90 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Qrup mərhələsinin görüşləri Bakı vaxtı ilə 12:00-da başlayacaq.

Yarımfinallar və medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Avropa çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.