"Şeffild Yunayted"in baş məşqçisi sabiq "Qarabağ" və "Neftçi"li oldu

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Ruben Selyesin İngiltərədə yeni komandası müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 42 yaşlı mütəxəssis "Şeffild Yunayted"in baş məşqçisi təyin edilib.
2024/2025-ci illər mövsümündə "Hall Siti"də işləmiş ipaniyalı İngiltərənin səviyyəcə ikinci liqası - Çempionşipin digər təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, son mövsümü çempionatda 3-cü olan "Şeffild Yunayted" Premyer Liqa vəsiqəsini pley-offlarda "Sanderlend"ə uduzub.
Selyes 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsini yerinə yetirib.