"Araz-Naxçıvan"ın Konfrans Liqası matçlarının hakimləri açıqlandı

"Araz-Naxçıvan"ın Konfrans Liqası matçlarının hakimləri açıqlandı

Qarşıdakı mövsüm UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində iştirak edəcək "Araz-Naxçıvan"ın Yunanıstanın "Aris" klubu ilə matçlarının hakimləri açılanıb.

"Mediasport" xəbər verir ki, iyulun 24-də Bakıda baş tutacaq görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakimi Andrey Çivulete Mirça Mihail Qriqori və Andrey Qabriel Konstantinesku yardımçı olacaq. Dördüncü hakim funksiyasını Radu Petresku yerinə yetirəcək.

İyulun 31-də Yunanıstanda keçiriləcək cavab oyunu isə Şotlandiyadan olan hakimlərə tapşırılıb. David Dikinson baş hakim, Fransis Konnor və Conatan Bell isə yan xətdə işləyəcəklər.

Dördüncü hakim funksiyası Rayan Li həvalə edilib.