Ardıcıl ikinci mövsümdə də Azərbaycan çempionu oldular!

Ardıcıl ikinci mövsümdə də Azərbaycan çempionu oldular!

Qadın voleybolçular arasında Yüksək Liqanın qalibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 2024/2025-ci illər mövsümünün çempionu "Azərreyl" olub.

Final seriyasının ikinci görüşündə "Abşeron"dan 3:0 hesablı revamş alan "dəmiryolçular" qızıl medalları "qızıl set"də qazanıblar - 15:12.

Həm qadınlar, həm kişilər arasında medal qarşılaşmaları Milli Gimnastika Arenasında keçirilir.

Qeyd edək ki, "Azərreyl" ötən mövsüm də çempion adını əldə etmişdi.