Yığmamız Bakıda Latviya və Belarus milliləri ilə görüşəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində növbəti yoxlama matçlarını Bakıda keçirəcək.
Azərbaycan Voleybol Federasiyasından "Mediasport"a verilən məlumata görə, yığmamız təlim-məşq toplanışında Latviya və Belarus seçmələri ilə üz-üzə gələcək.
Görüşlər avqustun ilk ongünlüyündə reallaşacaq.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq.
Komandamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.
Oyunlar avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.


