AFFA-nın millinin üzvlərinə verəcəyi MÜKAFAT məlum oldu

DÇ-2026-nın seçmə qrup mərhələsində ikinci oyununu keçirən futbol üzrə Azərbaycan milli komandası mükafatlandırılacaq.
"Mediasport" xəbər verir ki, Ukrayna seçməsi ilə Bakıda keçirilən görüşdə 1:1 hesablı heç-heçə edən yığmaya şad xəbəri federasiyanın baş katibi Cahangir Fərəcullayev çatdırıb.
Qarşılaşmadan sonra paltardəyişmə otağına yollanan qurum rəsmisi komanda üzvlərinin əzmkarlığa görə ənam alacaqlarını deyib.
Məlum olub ki, matça əsas heyətdə başlayanlara 7 min, meydana sonradan daxil olanlara 5 min, ehtiyatda qalanlara isə 3 min manat mükafat ödəniləcək.
Xatırladaq ki, komandamızın bərabərlik qolunu 72-ci dəqiqədə penaltidən Emin Mahmudov vurub.