Millimizin oyununu izləmək istəyənlər azı 10 avro ödəməlidirlər

İyunun 7-də yoldaşlıq görüşü çərçivəsində keçiriləcək Latviya - Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün T, U və V sektorlarına ayrılmış biletlərin qiyməti 10 avrodur (təxminən 19 AZN).
Görüş Riqada yerləşən “Skonto” stadionunda keçiriləcək və Bakı vaxtilə saat Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.