Azərbaycan millisi püşkatmada 1-ci səbətdə yer alacaq - AÇ-2026

 Azərbaycan millisi püşkatmada 1-ci səbətdə yer alacaq - AÇ-2026

Avropa Minifutbol Federasiyası 27 may - 4 iyun tarixlərində Slovakiyada keçiriləcək AVRO-2026-nın püşkatması üçün səbətləri açıqlayıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası Slovakiya, Rumıniya, Serbiya, Qazaxıstan və Bolqarıstanla birlikdə 1-ci səbətdə yer alıb. 

Digər səbətlər aşağıdakı kimidir

2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;

3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;

4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya.

Püşkatma 27 fevralda Bratislavada keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.