Luiş Nani Bakıya gəldi, dünya çempionatının püşkü atıldı

 Luiş Nani Bakıya gəldi, dünya çempionatının püşkü atıldı

Mayda Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkü atılıb.

"Mediasport" xəbər verir ki, mərasim Bakıda baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA preizdenti Rövşən Nəcəf, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov iştirak ediblər.

Dünyaca məşhur portuqaliyalı futbolçu, Avropa çempionu Luiş Nani ilə yanaşı, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, "Zirə" futbol klubunun baş məşqçisi Rəşad Sadıqov və digər məşhurlar da mərasimə rəsmi qonaq qismində qatılıblar.

Mundialda yarışcaq 32 komanda 4 qrupa bölünüb.

Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan millisi A qrupunda mübarizə aparacaq.

DÇ mayın 21-də start götürəcək, iyunun 1-də final oyunu keçiriləcək.

Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə keçiriləcək yarışın son qalibi Rumıniya yığmasıdır.

 

Dünya çempionatı. Final mərhələsi


A qrupu

Azərbaycan

Mavritaniya

Sloveniya

Bəhreyn


B qrupu 

Rumıniya

Fransa

ÇAD

Özbəkistan


C qrupu

Macarıstan

Ukrayna

İngiltərə

Türkiyə 


D qrupu

Slovakiya

Bolqarıstan

Portuqaliya

Hindistan


E qrupu

Meksika

Monteneqro

Tayland 

Kosta-Rika


F qrupu

Qazaxıstan

ABŞ

Bosniya və Herseqovina

Polşa


G qrupu
 

Çexiya

Gürcüstan

BƏƏ

Argentina


H qrupu

Serbiya

Qana

İspaniya

İsrail