7 ölkə Bakıda keçiriləcək dünya çempionatında debüt edəcək

Gələn ay Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatında 7 ölkə debüt edəcək.
"Mediasport" xəbər verir ki, 32 milli komandadan Çad, İsrail, Türkiyə, Polşa, Sloveniya, Özbəkistan və Mavritaniya milli komandaları mundialda ilk dəfə oynayacaqlar.
Yığmalardan Mavritaniya və Sloveniya komandaları Azərbaycan millisi ilə A qrupunda mübarizə aparacaqlar.
İyunun 1-də başa çatacaq DÇ-nin oyunları Milli Gimnastika Arenasında keçiriləcək.