"Avropa çempionatı kimi yarışa təyinat alacağımı gözləmirdim"

"Qısa müddətdə Avropa çempionatı kimi mötəbər yarışa təyinat alacağımı gözləmirdim".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycanın FİFA referisi Elçin Məsiyev deyib.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat almasına münasibət bildirib.
E.Məsiyev dəvət aldığına görə çox sevindiyini söyləyib:
“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, əsas yığmaların Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir.
Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir və ikiqat sevindiricidir.
Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi iyunun 11-28-i aralığında 16 komandanın iştirakı ilə Slovakiyada təşkil olunacaq.