Mahir Polşa klubunda 11-ci oyununda 4-cü qolunu vurdu
Futbol üzrə Polşa Yüksək Liqasında (Ekstraklasa) 6-cı turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” doğma meydanda “Yagelloniya” ilə qarşılaşıb.
Yığmamızın üzvü 23-cü dəqiədə hesabı açsa da, komandası üstünlüyünü qoruya bilməyib - 2:5.
Xatırladaq ki, bu, hücumçunun “Rakuv”un heyətində vurduğu dördüncü qol olub.
İki dəfə çempionat matçında fərqlənən forvard digər iki qolu avrokuboklarda vurub.
Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Polşada icarə əsasında çıxış edir.
“Rakuv” 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


