"Qarabağ" rəhbərliyi FİFA-nın qadağa problemini həll etdi
"FİFA-nın "Qarabağ"a transfer qadağası qoyması anlaşılmazlıq səbəbindən baş vermişdi. Məsələ artıq həll olunub. Komandamızın hazırda heç bir transfer qadağası yoxdur".
Bunu "Mediasport"a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bildirib.
Ağdam klubunun rəsmisi problemin texniki detal yanlışlığı səbəbindən yarandığını açıqlayıb:
"Anlaşılmazlıq olub. Ona görə FİFA-da komandamıza transfer qadağası qoyulduğu görünürdü. Problemi aradan qaldırdıq. "Qarabağ"ın heç bir kluba, futbolçuya borcu yoxdur".
Xatırladaq ki, FİFA-nın transfer komissiyası siyahısında bu cür gecikmə və ya anlaşılmazlıq səbəbindən blok qoyulması halı tez-tez yaşanır.
Ötən həftə "Neftçi" də analoji qadağa ilə üzləşmiş və "ağ-qaralar" məsələni 3 günə yoluna qoymuşdular.
