İlk qazancımız 2 gümüş, 1 bürünc medal oldu - Avropa çempionatı
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi medal görüşünə çıxıb.
48 kq çəki dərəcəsində Ömər Salmanov finalda rusiyalı Artyom Tkaçenko, 55 kq-da Qurban Məcnunov digər rusiyalı Edem Payziyevə məğlub olaraq qitə birinciliyini gümüş medalla başa vurub.
65 kq-da güləşən Orxan Həbibli isə üçüncülük uğrunda ukraynalı Oleksandr Venetsə qalib gələrək bürünc mükafata yiyələnib.
Bu gün mübarizəyə qoşulan təmsilçilərimizdən Əli Cavadlı (45 kq) bütün görüşlərini uğurla yekunlaşdıraraq finala vəsiqə qazanıb.
51 kq-da Hüseyn Mustafazadə, 60 kq-da Elmir Çərkəzov, 65 kq-da Orxan Həbibli, 71 kq-da Əli Məmmədovvə 92 kq-da Zöhrab Səfərov ümidləri doğrultmayıblar.
