Azərbaycan komandası Çelenc Kubokunda 1/16 finala çıxdı
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın "Styaua" klubu ilə qarşılaşan təmsilçimiz rəqibindən revanş ala bilib - 3:1.
İlk matç rumınların 3:0 hesablı qələbəsi ilə yekunlaşdığından qalib "qızıl set"də müəyyənləşib.
15:13 hesabı əzmkar qələbə qazanan Bakı klubu adını 1/16 finala yazdırıb.
Komandamız növbəti mərhələdə Belçika təmsilçisi "Lindemans"la üz-üzə gələcək.
İlk duel 2026-cı il yanvar 7-də səfərdə baş tutacaq.
