Voleybolçularımız Türkiyədə beynəlxalq turnirdə yarışacaqlar
Azərbaycanın qadın və kişilərdən ibarət çimərlik voleybolu yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Bu barədə "Mediasport"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.
Turnirdə Azərbaycan baş məşqçi Atvars Vildenin rəhbərliyi altında qadın (Səbinə Əlizadə / Leyla Əliyeva) və kişi (İbrahim Məmmədov/Muhəmməd Aslanlı) komandası ilə təmsil olunacaq.


