Ayan dünya çempionatında medalın bir addımlığındadır

Ayan dünya çempionatında medalın bir addımlığındadır

Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı sona yaxınalşır.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva medal qazanmaq şansını qoruyur.

İstedadlı şahmatçı 10-cu turda macarıstanlı Joka Qaalı məğlub edərək 2-ci sıraya yüksəlib.

Xalını 7,5-ə çatdıran Allahverdiyeva sona bir tur qalmış lider Anna Şuxmandan (FIDE) yarım xal geri qalır.

O, həlledici dueldə 8-ci yerdə qərarlaşan özbəkistanlı Əfruzə Həmdəmovla qarşılaşacaq.