Mahir baxımlı qol vursa da, komandası məğlub oldu - VİDEO
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yeni qoşulduğu "Rakuv"un heyətində növbəti qolunu vurub.
"Mediasport" xəbər verir ki, 29 yaşlı hücumçu Polşa Yüksək Liqasının 2-ci tur matçında fərqlənib.
Forvard "Şlensk"lə səfər görüşünün 60-cı dəqiqəsində hesabı açsa da, komandası sonradan iki top buraxaraq uduzub.
Emreli oyunun 73-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, bu, Mahirin "Rakuv"un heyətində 4-cü matçında ikinci qolu olub. O, daha əvvəl Konfrans Liqasında "Valletta" ilə dueldə adını tabloya yazdırıb.


