"Qollar vurduğum üçün xoşbəxtəm"

"Qollar vurduğum üçün xoşbəxtəm"

"Özümü yaxşı hiss edirəm. Yaxşı oyun oynadığımızı düşünürəm. Matça yavaş başladıq, amma ikinci hissə fərqi artırdıq. Qollar vurduğum üçün xoşbəxtəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Zakaria Savo deyib.

"Tirol"la yoxlama matçında het-trik edən hücumçu Ağdam təmsilçisinin təlim-məşq toplanışından bəhs edib:

"Hazırlığa Bakıda başladıq. İndi Avstriyadayıq. Yeni komanda yoldaşlarımda burada olmaq gözəl hisdir. 

Kuboklar qazanmaq və avrokuboklarda yaxşı çıxış etmək üçün hər şey edəcəyik. Azarkeşlərimizlə Bakıda görüşmək üçün çox səbrsizlənirəm. Hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, "atlılar" Avstriya klubu "Tirol"la oyunda 4:0 hesabı ilə qələbə qazanıb.