"Sumqayıt"a 6 min manat cərimə, iki futbolçusuna 8 oyunluq cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda "Sumqayıt" klubu böyük məbləğdə cərimə edilib.
Premyer Liqanın 34-cü turunun “Kəpəz”lə səfər matçının 89-cu dəqiqəsində “Sumqayıt”ın üzvü Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, komandası 3000 manat ziyana düşüb.
Rəşad Əzizliyə sınaq müddəti 3 ay təyin edilib.
"Gənclik şəhəri" təmsilçisi növbəti 3000 manatı 89-cu dəqiqədə Vüqar Mustafayevin analoji hərəkətinə görə ödəyəcək. Yarımmüdafiəçiyə də 3 ay sınaq müddəti təyin edilib.