"Zirə"dən ayrılıb Fransanın Liqa 1 klubu ilə 2 illik müqavilə bağladı
"Zirə"dən ayrılan Ayron Qomis özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi karyerasını vətəni Fransada davam etdirəcək.
26 yaşlı futbolçu Liqa 1 təmsilçisi "Trua" ilə müqavilə bağlayıb.
Tərəflər arasında anlaşma 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.
Xatırladaq ki, Qomis 2024-2026-cı illərdə "Zirə"nin heyətində 54 oyun keçirib, 2 qolla yadda qalıb.


