"Şalke" və "Frayburq"un keçmiş üzvü Bakıda meydana çıxacaq

"Şalke" və "Frayburq"un keçmiş üzvü Bakıda meydana çıxacaq

Slovakiya millisinin sabiq futbolçusu Erik Yendrişek Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, 2006-2014-cü illərdə Almaniya Bundesliqasında “Hannover”, “Şalke”, “Frayburq” və "Energi" komandalarında oynamış veteran forvard Bakının ev sahibliyi edəcəyi mundialda Slovakiya yığmasının formasını geyinəcək.

39 yaşlı hücumçu bugünlərdə Slovakiyanın Koşiçe şəhərində keçirilən minifutbol üzrə Millətlər Liqasında millisinin heyətində Azərbaycana qarşı matçda da meydana çıxıb.

Qeyd edək ki, Yendrişek futbol üzrə Slovakiyanın A milli komandasında 37 oyun keçirib və 4 qol vurub.

Minifutbol üzrə dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək. D qrupunda yarışacaq Slovakiya seçməsinin rəqibləri Bolqarıstan, Portuqaliya və Hindistan futbolçuları olacaq.