"Hər birimiz millimizə inanırıq"

"Hər birimiz millimizə inanırıq"

Bakıda may ayında keçiriləcək minifutbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov püşkatmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Federasiya rəhbəri dünya çempionatının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Maraqlı qrupa düşmüşük. Ümid edirəm ki, komandamız doğma azarkeşlərimiz önündə yaxşı oyun nümayiş etdirəcəyik. Hər birimiz millimizə inanırıq. Bütün komandalara uğurlar arzulayıram".

Qeyd edək ki, mayın 21-dən iyunun 1-dək təşkil ediləcək mundialda yığmamızın rəqibləri A qrupunda Mavritaniya, Sloveniya və Bəhreyn milliləri olacaqlar.