Millətlər Liqası: Azərbaycan yığması finala vəsiqə qazandı

Slovakiyanın Koşiçe şəhərində minifutbol üzrə Millətlər Liqası davam edir.
"Mediasport" xəbər verir ki, qrupdan 1 xalla yarımfinala çıxan Azərbaycan millisi finala vəsiqə qazanıb.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Belçika yığmasını məğlub edib - 2:0.
Final qarşılaşması Bakı vaxtilə saat 19:00-da başlanacaq.
Xatırladaq ki, komandamız qrup mərhələsində Slovakiyaya uduzub (2:3), Ukrayna ilə heç-heçə (2:2) edib.