Millətlər Liqası: Slovakiyaya uduzan yığmamız yarımfinalda

 Millətlər Liqası: Slovakiyaya uduzan yığmamız yarımfinalda

Slovakiyanın Koşiçe şəhərində minifutbol üzrə Millətlər Liqası davam edir.

"Mediasport" xəbər verir ki, qrupda ilk oyununda Ukrayna futbolçuları ilə bərabərə (2:2) qalan Azərbaycan millisi Slovakiya seçməsinə məğlub olub - 2:3.

Qrupda 1 xal toplamasına baxmayaraq, komandamız daha yaxşı top fərqinə görə yarımfinala yüksəlib.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv bu gün final yolunda Belçika ilə qarşılaşacaq.

Matç Bakı vaxtilə saat 14:15-də başlanacaq.