Azərbaycan millisi Avropa çempionatında yarımfinala çıxdı

Azərbaycan millisi Avropa çempionatında yarımfinala çıxdı

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

"Mediasport" xəbər verir ki, yığmamız 1/4 finalda Çexiyanı məğlub edib - 5:2.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektivdən qolları Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.

Xatırladaq ki, millimiz bunadək qrupda Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2), 1/8 finalda isə Qazaxıstan (3:2) üzərində qələbə qazanıb.