Dünya çempionatında erkən final: Millimiz dünya çempionuna qarşı

 Dünya çempionatında erkən final: Millimiz dünya çempionuna qarşı

Bakıda davam edən minifutbol üzrə dünya çempionatında 1/8 finala çıxan Azərbaycan millisinin rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv bu raundda son dünya çempionu Rumıniya yığması ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək erkən final mayın 27-də reallaşacaq və saat 20:30-da başlanacaq.

Qeyd edək ki, futbolçularımız A qrupunu lider kimi başa vurublarsa, rumınlar B qrupunda ikinci olublar.

Millimiz 2022-ci ildə Avropa çempionatında Rumıniya seçməsi ilə iki dəfə qarşılaşıb. Komandamız qrupda 0:1 hesabı ilə uduzub, finalda eyni hesablı qələbə ilə Avropa çempionu adını qazanıb.