Fərrux Hüseynzadə ilk dəfə Çempionlar Liqasına təyinat aldı
AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə ilk dəfə beynəlxalq təyinat alıb.
"Mediasport" xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Xatırladaq ki, cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” - “Benfika” görüşünün güclüsü ilə qarşılaşacaq.
