Yığmamız ikinci oyunda da Gürcüstan millisinə uduzdu
Futzal üzrə Azərbaycan millisi ikinci yoldaşlıq görüşünə çıxıb.
"Mediasport" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Gürcüstan yığmasına bu dəfə də uduzub - 2:5.
Qeyd edək ki, komandamız aprelin 9-da Tbilisidə bu rəqibə 2:44 hesabı ilə məğlub olmuşdu.
Yığmamız aprelin 13-ü və 15-də Aktauda Qazaxıstan futzalçıları ilə üz-üzə gələcək.
