Nani Bakıya səfərindən danışdı: "Burada olmaq çox xoşdur"

Nani Bakıya səfərindən danışdı: "Burada olmaq çox xoşdur"

"Burada iştirak etmək mənim üçün böyük fəxrdir. Bakı əla şəhərdir".

"Mediasport" xəbər verir ki, bu sözləri Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani deyib.

2016-cı ilin Avropa çempionu Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının püşkatma mərasimindən sonra ölkəmizə növbəti səfəri haqda danışıb:

"Ökənizə səfər etmək çox xoşdur. Daha əvvəl buraya "Sportinq"in heyətində "Qarabağ"la oyuna və Portuqaliya millisinin heyətində yığmanıza qarşı matç üçün gəlmişəm. Şəhərlə tanış olmaq üçün vaxtım olmamışdı. Ümid edirəm ki, yenidən Azərbaycana səfər edəcəyəm. Burada olmaq çox xoşdur”.