Azərbaycan klubları Çempionlar Liqasına qələbə ilə başladılar

Azərbaycan klubları Çempionlar Liqasına qələbə ilə başladılar

Azərbaycanın miniufutbol klubları - "Zirə" və "Birbaşa Bakı" Çempionlar Liqasına qələbə ilə başlayıblar.

"Mediasport" xəbər verir ki, F qrupunda yer alan "Birbaşa Bakı" Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb (4:1).

C qrupunda yarışan "Zirə" isə Macarıstanın "Budapeşt" komandasına qalib gəlib (2:0).

Qeyd edək ki, Çempionlar Liqasının oyunları Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində keçirilir.