Avropa Gümüş Liqası: Millimiz Farer adalarını məğlub etdi

 Avropa Gümüş Liqası: Millimiz Farer adalarını məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Farer adaları yığması ilə qarşılaşıb.

Görüş millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb (17:25, 25:15, 25:22, 25:23).

Xatırladaq ki, voleybolçularımız daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) uduzub, Gürcüstan yığmasını məğlub edib (3:0).

Yığmamızın növbəti dueldə rəqibi sabah Avstriya komandası olacaq.