Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncə stadionunda olacaq
Bu mövsüm futbol üzrə Azərbaycan Kubokunun final görüşü Gəncə şəhərində baş tutacaq.
"Mediasport" xəbər verir ki, məlumatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov paylaşıb:
“Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək.
Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək”.
Final qarşılaşması 2027-ci il mayın 12-də keçiriləcək.

