"İndi bura gəlib onları görəndə qürur hissi keçirdim" - ELVİN

"İndi bura gəlib onları görəndə qürur hissi keçirdim" - ELVİN

“Qəbələ”yə qayıtmaq mənim üçün xüsusi hissdir. Çünki bura doğma mühitdir, burada olmaq mənə yad deyil. Çox gözəl hisslər keçirirəm".

"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin yeni transferi Elvin Camalov deyib.

“Neftçi”dən ayrılaraq keçmiş klubuna qayıdan yarımmüdafiəçi təəssüratlarını bölüşüb:

"Keçmişə çox böyük hörmətim var. “Qəbələ”nin həyatımda və yetişməyimdə xüsusi yeri var. Bura qayıtmağı özümə borc bildim.

Həmişə azarkeşlərin dəstəyini hiss etmişəm. Hazırda “Qəbələ”nin heyətində gənc futbolçular var. Həmin vaxt bu gənclər akademiyada oynayırdılar.

İndi bura gəlib onları görəndə qürur hissi keçirdim. Akademiyanın yetişdirdiyi bu uşaqlar indi mənimlə çiyin-çiyinə mübarizə aparacaqlar.

Ümid edir və inanıram ki, öz təcrübəmlə onlara da kömək olacağam. “Qəbələ”nin adına meydanda vuruşub, mübarizə apararaq yaxşı nəticələr və uğurlar qazanacağıq”.

Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü "Qəbələ" akademiyasının yetirməsidir.

31 yaşlı futbolçu 2013-2019-cu illərdə "Qəbələ"nin əsas komandasında 132 oyun keçirib.