UEFA Bakıya adam göndərir: BOS-da ÇL oyunlarına icazə veriləcək?

UEFA Bakıya adam göndərir: BOS-da ÇL oyunlarına icazə veriləcək?

"Sabah"ın Çempionlar Liqası matçları üçün sifariş etdiyi Bakı Olimpiya Satdionu UEFA nümayəndələri tərəfindən təftiş olunacaq.

"Mediasport" xəbər verir ki, ali futbol qurumunun nümayəndələri təşkilatın tələblərinin uyğunluğunu və arenanın beynəlxalq oyunlara hazırlığını yoxlayacaqlar.

UEFA rəsmilərinin səfəri bu həftə baş tutmalıdır.

Xatırladaq ki, uzun müddətdir stadionda dövlət tədbirləri keçirildiyi üçün arenada hazırda ot örtüyünün bərpası və digər texniki-inzibati məsələlər icra edilir.

"Sabah"ın Liqa mərhələsində BOS-a düşən ilk görüşü oktyabrın 13-nə nəzərdə tutulub.

Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək "bayquşlar"ın bu stadionda daha 3 dueli planlaşdırılır.