Elvin Camalov yenidən "Qəbələ"də
"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi Elvin Camalovu transfer edib.
"Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Azərbaycan milli komandasının üzvü "Qəbələ" akademiyasının yetirməsidir.
31 yaşlı futbolçu "Qəbələ"də 132 oyun keçirib.

