Koxalskinin yeni klubu məlumdur - "Qarabağ"a təzminat ödəyəcəklər

Koxalskinin yeni klubu məlumdur - "Qarabağ"a təzminat ödəyəcəklər

“Qarabağ”dan ayrılan Mateuş Koxalskinin yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, polşalı qapıçı ölkəsinin “Vyeçista” klubu ilə anlaşıb.

Krakov təmsilçisi transferə görə ağdamlılara 500 min avro civarında təzminat ödəyəcək.

Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə idi.

O, "atlılar"ın heyətində 2024-cü ilin yayından bu yana 76 qarşılaşmada iştirak edib.