Xames Rodriges milli komanda karyerasını başa vurdu - RƏSMİ

Xames Rodriges milli komanda karyerasını başa vurdu - RƏSMİ

Karyerasını vətənində davam etdirən Xames Rodriges Kolumbiya milli komandasından getdiyini açıqlayıb.

"Mediasport" xəbər verir ki, "Atletiko Nasyonal" klubunun vingeri bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

6 qolla 2014-cü il dünya çempionatının bombardiri, Madrid "Real"ı və "Bayern" kimi dünya nəhənglərinin sabiq üzvü ona dəstək olanlara təşəkkürünü çatdırıb:

"Vaxt gəldi. Birlikdə keçirdiyimiz hər oyun, hər sevinc, hər göz yaşı və hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün ən böyük şərəf idi.

Təşəkkürlər, Kolumbiya. Əbədi".

Qeyd edək ki, 35 yaşlı futbolçu 2011-ci ildən oynadığı yığmanın heyətində 131 matçda 31 qol vurub.