SON DƏQİQƏ! Kənan Sadıqlı Əfran İsmayılovu klubdan uzaqlaşdırdı

SON DƏQİQƏ! Kənan Sadıqlı Əfran İsmayılovu klubdan uzaqlaşdırdı

Əfran İsmayılovun "Şəfa"lı günləri başa çatmaq üzrədir.

Paytaxt təmsilçisindən "Mediasport"a verilən məlumata görə, klub prezidenti Kənan Sadıqlı vitse-prezident postunu tutan veteran futbolçuya son qərarını çatdırıb.

Səbəb bir müddət əvvəl xəbər verdiyimiz kimi, sponsor və dövlətdən gələn vəsait hesabına formalaşn büdcənin lazımsız xərclərə sərf olunması və ciddi israfçılığa yol verilməsidir.

Sabiq yığma üzvünün rəsmi gedişi an məsələsidir. Sadıqlı artıq İsmayılovu yaxınına da buraxmır, onunla heç nəyi məsləhətləşmir.

Bakılıların rəhbəri məhz Əfran İsmayılova görə araları dəydiyi və mövsümün əvvəlində komandadan gedən qohumu Sərdar Salmanzadə ilə münasibətləri bərpa edib.

Yaxın qohumlar artıq matçlarda birlikdə görüntülənirlər. "Sumqayıt" və "Neftçi" ilə son oyunları misal çəkə bilərik.

Qeyd edək ki, büdcəni əsasən faydasız legionerlərə sərf edən Əfran İsmayılovun "Qəbələ" ilə səfər görüşündən öncə klubun məskunlaşdığı hoteldə ən bahalı nömrəni götürməsi Kənan Sadıqlını özündən çıxarıb.

Ümumilikdə israfçılıq, lazımsız və yüksək ödənişlərin hesabını tələb edən klub prezidenti istədiyi cavabı almayınca İsmayılovun üstündən xətt çəkib.