"Qarabağ"ın legioneri ilk dəfə Macarıstan millisinə dəvət aldı
"Qarabağ"ın legionerlərindən 4-ü ölkələrinin milli komandalarına dəvət alıblar.
"Mediasport" xəbər verir ki, Marko Yankoviç, Martin Zlomisliç, Bruno Lanqa və Bençe Varkonyi yığmalara çağırılıblar.
Xüsusilə Varkonyinin Ağdam klubuna gəlişindən sonra karyerasında ilk dəfə Macarıstan seçməsinə dəvət alması diqqətçəkən məqamdır.
Yankoviç Monteneqro, Zlomisliç Bosniya və Herseqovina, Lanqa isə rəsmi oyunlar üçün Mozambik millisinin düşərgəsində olacaq.

