UEFA Superkuboku: Həlledici oyun ilk dəfə Qazaxıstanda keçiriləcək

UEFA Superkuboku: Həlledici oyun ilk dəfə Qazaxıstanda keçiriləcək

2028-ci ildə keçiriləcək UEFA Superkubokunun məkanı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, UEFA çempionlar Liqası və UEFA Avropa Liqasının qalibləri ilk dəfə Qazaxıstanda qarşılaşacaqlar.

Görüş Astana şəhərindəki eyniadlı arenada baş tutacaq.

2009-cu ildə istifadəyə verilmiş stadionun azarkeş tutumu 30 min 250 nəfərdir.