Bakıdakı dünya çempionatına 83 ölkədən 531 cüdoçu qatılacaq
Bakıda oktyabrın 4-dən 10-dək keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının iştirakçı sayı açıqlanıb.
"Mediasport" xəbər verir ki, mötəbər birinciliyə 83 ölkədən 531 idmançı qatılacaq.
Ümumilikdə beş qitəni təmsil edəcək cüdoçulardan 277-si kişi, 254-ü qadın olacaq.
Avropa Cüdo İttifaqı ölkələrini 254, Asiya Cüdo İttifaqı ölkələrini 154, Panamerika Cüdo Konfederasiyası ölkələrini 77, Afrika Cüdo İttifaqı ölkələrini 34, Okeaniya ölkələrini isə 12 cüdoçu təmsil edəcək.
Dünya çempionatında kişilər arasında 60, 66, 73, 81, 90, 100 və +100 kq, qadınların mübarizəsində isə 48, 52, 57, 63, 70, 78 və +78 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
DÇ Milli Gimnastika Arenasında təşkil olunacaq.

