Serbiya milli komandasının futbolçusu "Neftçi"də oynayacaq
"Neftçi" növbəti transferə hazırlaşır.
"Mediasport" xəbər verir ki, paytaxt klubu vinger Jelko Qavriçlə anlaşıb.
Məlumatı Macarıstan mətbuatı paylaşıb.
Bildirilib ki, "ağ-qaralar" "Qyor Eto" klubunda forma geyinən 25 yaşlı futbolçunun keçidi ilə bağlı bütün detalları razılaşdırıblar.
"Srvena Zvezda"nın yetirməsi olan Qavriç Bosniya və Herseqovinada anadan olsa da, milli karyerası Serbiya ilə bağlıdır.
O, Serbiyanın U-17, U-19 və U-21 yığmalarından sonra - 2021-ci ildə A milliyə çağırılıb, aktivində iki oyun var.
Karyerası ərzində "Qrafiçar" (Serbiya), “Ferensvaroş” (Macarıstan) və "DAK1904"də (Slovakiya) çıxış edib.
2024-cü ildən "Qyor Eto"nun uğurları üçün çalışır.

